Məzmuna keç

Təlimlər

Pilates məşqçiləri üçün peşəkar təlimlər

Biliklərinizi dərinləşdirin. Tədris bacarıqlarınızı inkişaf etdirin.

Növbəti təlimin tarixi hələ elan edilməyibsə, yeni tarix barədə məlumat almaq üçün müraciət edə bilərsiniz.

Təşkilatçı: Baku Sports Training Club (BSTC)

Təlim proqramlarının müəllifiSafura AbdulrzayevaBalanced Body® Comprehensive Pilates məşqçisi
  • 520 saat: Balanced Body® Comprehensive
  • Bütün əsas aparatlar: Mat, Reformer, Cadillac, Chair, Barrel
  • Anatomiya kursu: Azərbaycan Tibb Universiteti, 30 saat
  • 17 sertifikat

Bunlar Safuranın şəxsi sertifikatlarıdır, BSTC proqramlarının akkreditasiyası deyil.

Təhsil mərhələləri

  1. Level 1 — Foundation

    baza səviyyə

    Level 1 haqqında ətraflı
  2. Level 1 + minimum 6 ay praktikaProqramın daxili keçid şərti

  3. Level 2 — Advanced

    qabaqcıl səviyyə

    Level 2 haqqında ətraflı

    Level 2-dən sonra · İxtisaslaşma təlimləri

  4. Level 2 + minimum 1 ilProqramın daxili keçid şərti

  5. Comprehensive imtahanı

    ayrıca qiymətləndirmə

    Comprehensive imtahanı haqqında ətraflı

Tez-tez verilən suallar

Pilates məşqçisi olmaq üçün haradan başlamalıyam?

Level 1 — Foundation proqramından. Bu, təlimlərin baza səviyyəsidir; ondan sonra Level 2 — Advanced və Chair, Barrel, Cadillac ixtisaslaşmaları gəlir. Comprehensive imtahanı növbəti təlim səviyyəsi deyil, ayrıca mərhələdir.

Level 1 proqramı hansı mövzuları əhatə edir?

Pre-Pilates, Mat 1, Reformer 1, kiçik avadanlıqlarla məşqlər (Soft Ball və Roller), anatomiya əsasları, hərəkətlərin izahı və tədrisi, cueing — hərəkət zamanı verbal və digər istiqamətləndirici göstərişlər, praktiki məşq və bacarıqların inkişafı.

Chair, Barrel və Cadillac ixtisaslaşmaları nə üçündür?

Bunlar Level 2-dən sonra ayrıca proqramlardır. Hər biri bir Pilates aparatı üzrə məşq repertuarını və tədris bacarıqlarını genişləndirir.

Növbəti təlim tarixləri hansılardır?

Aktual tarixlər bu səhifədəki «Növbəti təlimlər» bölməsində göstərilir. Tarix hələ elan olunmayıbsa, müraciət edin: elan olunanda sizə xəbər verəcəyəm.

Təlimə necə müraciət etmək olar?

Bu səhifədəki formada proqramı seçin və ya mənə WhatsApp-da yazın. Mən sizinlə əlaqə saxlayıb tarixləri və qəbul şərtlərini izah edəcəyəm.

Level 2-yə nə vaxt keçmək olar?

Level 1-dən sonra minimum 6 ay praktika tələb olunur. Bu, proqramın daxili keçid şərtidir. Praktikanın necə hesablandığını müraciət zamanı izah edirəm.

Comprehensive imtahanı nədir?

Comprehensive imtahanı növbəti təlim səviyyəsi deyil, ayrıca qiymətləndirmə mərhələsidir. İmtahanın təşkilatçısı, formatı və verilən sənəd haqqında məlumatı müraciət zamanı izah edirəm.

İmtahana nə vaxt girmək olar?

Level 2 tamamlanmalı və Level 2-dən sonra minimum 1 il keçməlidir. Bu, proqramın daxili keçid şərtidir. İmtahanı təşkil edən qurumun əlavə tələbləri ayrıca yoxlanılmalıdır.

Növbəti təlim haqqında məlumat alın

Təlim tarixləri, qəbul şərtləri, proqramın məzmunu və digər detallar haqqında məlumat almaq üçün mənə müraciət edin.

WhatsAppZəng et